“Yuventus”un yeni baş məşqçisi o olacaq?

“Yuventus”un yeni baş məşqçisi o olacaq?

Hazırda oxunan: “Yuventus”un yeni baş məşqçisi o olacaq?

577530

Səkkiz oyundur qələbə qazana bilməyən “Yuventus” klubu baş məşqçi İqor Tudorun, o cümlədən köməkçi heyətin - İvan Yavorçiç, Tomislav Rogiç və Rikkardo Ranyaççi ilə birlikdə vəzifədən uzaqlaşdırıldığını rəsmən açıqlayıb.

Bizim.Media xəbər verir ki, komanda müvəqqəti olaraq B komandasının baş məşqçisi olan Massimiliano Brambillaya tapşırılıb.

52 yaşlı mütəxəssis çərşənbə axşamı keçiriləcək “Yuventus” - “Udineze” oyununda ehtiyat skamyasında yer alacaq.
 

Digər tərəfdən, Tudorun gedişindən sonra “Yuventus”da baş məşqçi postu üçün ilk namizəd kimi Luçano Spallettinin adı gündəmə gəlib. 66 yaşlı mütəxəssis son olaraq İtaliya milli komandasını çalışdırıb və ötən ilin iyun ayında bu vəzifədən ayrılıb.


Xatırladaq ki, İqor Tudor cari ilin mart ayında “Yuventus”un baş məşqçisi təyin olunmuşdu.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO