Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu bəyan edib ki, ölkə üzrə peşəkar liqalarda fəaliyyət göstərən 571 hakimdən 371-nin bukmeymer şirkətlərində mərc hesabı var.
Bizim.Media xəbər verir ki, o, bu barədə keçirdiyi mətbuat konfransında bildirib.
Qurum rəhbəri bəyan edib ki, həmin hakimlərdən 152-si isə aktiv şəkildə mərc oynayır.
Məlumat quruma dövlət qurumlarından verilib.
Mərc oynayanlar arasında 7 üst kateqoriya hakim də var:
“10 nəfərdən çox hakim oyunlara 10 mindən çox pul qoyuluşu edib”.
TFF rəhbəri bildirib ki, məsələ ilə bağlı qurumun intizam orqanları dərhal hərəkətə keçəcək:
“Onlara qanunlara əsasən cəzalandırılacaq”.
Hacıosmanoğlu əlavə edib ki, türk futbolunda təmizlənmə prosesi başlayıb:
“Nə qədər pislik varsa, hamısını təmizləməliyik. Biz bu işi hakimlərlə başladıq, amma burada dayanmayacağıq. Klublar da eyni məsuliyyəti daşımalıdır. Hər kəs özünü və çevrəsini yoxlamalıdır”.
TFF prezidenti sonda bildirib ki, aparılan araşdırmalar FIFA və UEFA ilə də paylaşılıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
18:21 / 27.10.2025
571 hakimdən 371-i mərc oyunlarında iştirak edib - Türkiyədə ŞOK OLAY
Hazırda oxunan: 571 hakimdən 371-i mərc oyunlarında iştirak edib - Türkiyədə ŞOK OLAY
Hazırda oxunan: 571 hakimdən 371-i mərc oyunlarında iştirak edib - Türkiyədə ŞOK OLAY
577501
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































