Dünya Kuboku: İdmançımız qızıl medal qazandı - YENİLƏNİB

Dünya Kuboku: İdmançımız qızıl medal qazandı - YENİLƏNİB

Hazırda oxunan: Dünya Kuboku: İdmançımız qızıl medal qazandı - YENİLƏNİB

57748

Anna Başta Dünya Kubokunun qalibi olub.

İdmançımız finalda Fransa təmsilçisi Mannon Brunetə 15:10 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.

18:25***

Azərbaycan qılıncoynadanı Kubokunun mərhələ yarışında finala yüksəlib.

O,Tokio-2020 Yay Olimpiya Oyunlarının iştirakçısı yarımfinalda italiyalı Rossella Qreqorioya 15:13 hesabı ilə qalib gəlib.

18:12***

Anna Başta mərhələ yarışında 1/4 final görüşünə çıxıb.

O, yaponiyalı idmançı Emura Misakiyə 15:11 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

17:03***

Azərbaycan qılıncoynadanı Anna Başta Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında 1/4 finala yüksəlib.

Azərbaycan Qılıncoynatma Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, qadın sablyaçıların şəxsi yarışında mübarizəyə əsas mərhələdən qoşulan milli komandanın lideri ilk görüşündə Rusiya təmsilçisi Anastasiya Şorokovanı (15:9), ardınca almaniyalı Julike Funkeni (15:11) mübarizədən kənarlaşdırıb.

Başta ən güclü "8-liy"ə yüksəlmək uğrunda görüşdə Tokio-2020 Yay Olimpiya Oyunlarında məğlub etdiyi ABŞ təmsilçisi Enn-Elizabet Stoun üzərində 15:9 hesablı qələbə qazanıb.

Başta yarımfinala yüksəlmək üçün yaponiyalı Misaki Emuraya qalib gəlməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO