İngilisləri ayağa qaldıran AZƏRBAYCANLI – 56 ildir araşdırılan, amma DƏYİŞİLMƏYƏN QƏRAR - FOTO/VİDEO

İngilisləri ayağa qaldıran AZƏRBAYCANLI – 56 ildir araşdırılan, amma DƏYİŞİLMƏYƏN QƏRAR - FOTO/VİDEO

Hazırda oxunan: İngilisləri ayağa qaldıran AZƏRBAYCANLI – 56 ildir araşdırılan, amma DƏYİŞİLMƏYƏN QƏRAR - FOTO/VİDEO

57746

Tofiq Bəhramov 1925-ci il 29 yanvarda Bakıda anadan olub. Bu gün onun dünyaya gəlməsindən 97 il ötür.

Bizim.Media xəbər verir ki, futbolçu karyerasına 1940-cı ildə başlayan T.Bəhramov əvvəlcə “Spartak”ın gənclərdən ibarət komandasında çıxış edib. 

Onun futbolçu karyerası istədiyi kimi alınmayıb. Ayağından aldığı zədə karyerasına erkən son qoyması ilə nəticələnib.

Bununla belə, futbolun vurğunu olan Tofiq Bəhramov sevimli məşğuliyyətindən ayrılmaq istəməyib və hakim kimi bu idman növündə öz fəaliyyətini davam etdirmək qərarına gəlib.

1951-ci ildən SSRİ çempionatının oyunlarına təyinat alıb, 1964-cü ildən isə beynəlxalq oyunları idarə etmək hüququ qazanıb. 

O, Nikolay Latışevdən sonra dünya kubokunun final mərhələsində hakimlik etmiş ikinci, Avropa kubokunun final oyununu idarə edən birinci sovet hakimi olub.

DÇ-1966-nın oyunları həmyerlimizi futbolla maraqlanan hər kəsə tanıtdırdı və Tofiq Bəhramovun adının tarixdə qalmasına şərait yaratdı.

Almaniya və İngiltərə milliləri arasında baş tutan final oyununda Cefri Hertsin mübahisəli qolunu qeydə alan Bəhramovun qərarının doğru olduğunu sonradan bütün dünya bildi.

Həmin ərəfədə “Qızıl fit”lə yalnız baş hakimlər təltif olunurdu.

Tofiq Bəhramova bu oyundan sonra həmçinin, Böyük Britaniya kraliçasının özü “Qızıl ilahə” mükafatını təqdim edib.

Tofiq Bəhramov isə bu qarşılaşmada laynsman funksiyasını yerinə yetirsə də, Britaniya kraliçası “Qızıl fit”i və “Qızıl ilahə”nin kiçik modelini həmyerlimizə təqdim edib.

Çox az adam bilir ki, Tofiq Bəhramov 1970-ci il dünya çempionatında da hakimlik edib. Ən əsası isə əfsanəvi oyun sayılan Braziliya-Uruqvay yarımfinalının hakimi olub.

Bəhramov haqqında sənədli film də çəkilib.

“Freeview Playback” şirkəti Böyük Britaniya sakinləri arasında “Siz bəşəriyyət tarixində hansı stop-kadrı ən məşhur hesab edirsiniz?” sualı əsasında sorğunun nəticələrini müəyyənləşdirib.

Nəticələrə görə, Ceff Herstin vurduğu qol birinci, Tofiq Bəhramov qərarı ikinci, “Əsas instink” filmindəki Şeron Stounun ayaqlarının yığılması epizodu isə üçüncü yerə çıxıb.

2004-cü ildə vəfat edən ingilis yazıçısı Artur Hopkraft Azərbaycan arbitrinə özünün ən məşhur “Futbol adamı” kitabını həsr edib. Artur Hopkraft kitabında yazır:

“Bəhramov bayrağını qaldıranda təkcə “Uembli” deyil, bütün İngiltərə onun ayaqları altında idi".

Bizim.Media

 

 



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO