Vensan Abubakar: "Neftçi"yə faydalı olmaq üçün gəlmişəm"

Vensan Abubakar: "Neftçi"yə faydalı olmaq üçün gəlmişəm"

Hazırda oxunan: Vensan Abubakar: "Neftçi"yə faydalı olmaq üçün gəlmişəm"

577317

"Neftçi"nin yeni transferi Vensan Abubakar komandaya maksimum töhfə vermək niyyətindədir.

Bizim.Media xəbər verir ki, kamerunlu hücumçu bu fikri Misli Premyer Liqasının IX turunda "Qəbələ" üzərində qazanılan 2:0 hesablı qələbədən sonra klubun Mətbuat Xidmətinə açıqlamasında bildirib.

Abubakar Bakıdakı ilk günlərindən etibarən həm azarkeşlər, həm də komanda yoldaşları tərəfindən çox isti qarşılandığını deyib:

"İlk növbədə, komanda yoldaşlarıma təşəkkür edirəm. Onlar Bakıya gəldiyim andan etibarən mənə ailə üzvləri kimi davranıblar. Bu münasibət futbolçunun motivasiyasını artırır. Mən "Neftçi"yə faydalı olmaq üçün gəlmişəm. Komanda yoldaşlarımızla birlikdə gücümüzü birləşdirsək, çox yaxşı nəticələr əldə edə bilərik".

Qeyd edək ki, Vensan Abubakar "Neftçi"nin heyətində debüt oyununda - "Qəbələ"yə qarşı görüşdə 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO