Yamaldan “Real” haqda qalmaqallı AÇIQLAMA

Yamaldan “Real” haqda qalmaqallı AÇIQLAMA

Hazırda oxunan: Yamaldan “Real” haqda qalmaqallı AÇIQLAMA

577217

“Barselona”nın gənc hücumçusu Lamin Yamal “El-Klasiko” öncəsi “Real” haqda qalmaqallı açıqlama verib.

Bizim.Media xəbər verir ki, ondan “Real”ın İspaniyada keçirilən media-turnirdə yarışan “Porsinos” komandasına bənzəyib-bənzəmədiyi soruşulub.

Buna cavabında Yamal gülümsəyərək cavab verib: “Bəli, əlbəttə. Onlar fırıldaq edir və şikayətlənirlər”.

Daha sonra ona “Real doğrudanmı fırıldaq edir?” sualı ünvanlanıb. Hücumçu gülərək qısa cavab verib: “Görəcəyik”.

“Real”ının baş məşqçisi Xabi Alonso Lamin Yamalın sözlərinə cavab verib.

Alonso məsələni şərh edərkən sakit mövqe nümayiş etdirib:

“Mən detallara varmaq istəmirəm. “Barselona”da çox açıqlamalar verilir və hamısını qiymətləndirmək mənim işim deyil. Ən vacibi meydanda baş verənlərdir”.

Qeyd edək ki, “Barselona” və “Real Madrid” La Liqanın 10-cu turunda qarşılaşacaq. Görüş oktyabrın 26-da keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO