“Yuventus”un hücumçusu Duşan Vlahoviç “Barselona”ya keçə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.
Xəbərdə bildirilir ki, 25 yaşlı futbolçu artıq Turin klubu ilə müqaviləsini yeniləməyi düşünmür.
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik də Vlahoviçin oyununu yüksək qiymətləndirir və onu komandasında görmək istəyir.
Qeyd edək ki, bu mövsüm serbiyalı forvard 10 matçda iştirak edib, 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər qüvvədədir.
Xatırladaq ki, Vlahoviç 2022-ci ildən “Yuventus”da forma geyinir.
Bizim.Media

- A-
- A
- A+
İdman
00:12 / 25.10.2025
“Yuventus”un hücumçusu “Barselona”ya keçir?
Hazırda oxunan: “Yuventus”un hücumçusu “Barselona”ya keçir?
Hazırda oxunan: “Yuventus”un hücumçusu “Barselona”ya keçir?
577093
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































