"Kəpəz" Misli Premyer Liqasının 9-cu turunda Qəbələ şəhər stadionunda "İmişli"yə 0:3 hesabı ilə məğlub olub.
Bizim.Media xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Çox ağır məğlubiyyətdir. Qırmızı vərəqəyə qədər pis oynamadıq. Bəzi epizodlarda nələrsə alınırdı. "Qırmızı"dan sonra bütün oyun planımız pozuldu.
- Ötən tur 10 nəfər nəfərlə qalan "Şamaxı"nı məğlub etdiniz, bu gün isə özünüz azlıqda qalıb məğlub oldunuz. Belə demək olar ki, əvvəlki matçdakı qələbə təsadüfi idi?
- Bəlkə də sual doğru deyil. Bu, futboldur. "Şamaxı"da rəqib qırmızı vərəqə alanda biz hesabda öndə idik. Bu gün ilk 25 dəqiqədə komanda pis deyildi.
- İkinci və üçüncü qollar yaxın küncdən vuruldu. Qapıçının performansını necə
dəyərləndirirsiniz?
- Şərh etməyə ehtiyac yoxdur. Çox şey haqda danışmaq olar. Amma bu gün susmaq lazımdır.
Qışa qədər mümkün olduğu qədər çox xal toplamalıyıq.
- Qışda yeni qapıçı transferi gözlənilir?
- Hər şey ola bilər, düşünəcəyik.
- Qapıçı seçiminizdə xüsusi səbəb var idi?
- Xüsusi bir səbəb yoxdur. Məşqə yanaşma, intizam qaydalarına görə seçim edirik. Qapıçı məşqçisi ilə də məsləhətləşirik. Spontan qərar deyildi. Həftəlik məşqlərdə diskusiyalar aparırıq.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
22:52 / 24.10.2025
Azər Bağırov: “Bu gün susmaq lazımdır”
Hazırda oxunan: Azər Bağırov: “Bu gün susmaq lazımdır”
Hazırda oxunan: Azər Bağırov: “Bu gün susmaq lazımdır”
577082
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































