Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının vaxtı DƏYİŞDİRİLDİ

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının vaxtı DƏYİŞDİRİLDİ

Hazırda oxunan: Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının vaxtı DƏYİŞDİRİLDİ

577007

Beynəlxalq Cüdo Federasiyasının (IJF) qərarına əsasən, 2026-cı ildə Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatının tarixi dəyişdirilib. 

Bizim.Media Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, yeni qərara əsasən, mundial 2026-cı il oktyabrın 4-11-i aralığında baş tutacaq. 
 

Turnirin tarixinin dəyişdirilməsində məqsəd mötəbər yarışın digər beynəlxalq idman tədbirləri ilə eyni vaxta təsadüf etməməsi və dünya çempionatının televiziya yayımının daha geniş auditoriyaya çatdırılmasının təmin edilməsidir. Fərdi mübarizələr oktyabrın 4–10-da, qarışıq komanda yarışları isə 11-də keçiriləcək.


Bakı bu nüfuzlu yarışa ikinci dəfə ev sahibliyi edəcək. Paytaxtda ilk dəfə cüdo üzrə dünya çempionatı 2018-ci ildə təşkil olunmuşdu.

Qeyd edək ki, daha əvvəl mundialın iyulun 9-16-sı aralığında təşkili planlaşdırılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO