UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 3-cü turunun ən yaxşı oyunçusu müəyyənləşib.
Bizim.Media xəbər verir ki, "Barselona"nın hücumameyilli yarımmüdafiəçisi Fermin Lopes həftənin ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
22 yaşlı futbolçu azarkeşlər arasında keçirilən sorğuda Feliks Nmeça ("Borussiya", Dortmund), Qorka Quruseta ("Atletik") və Dennis Manı (PSV) qabaqlayıb.
Qeyd edək ki, Fermin Lopes "Barselona"nın "Olimpiakos"u 6:1 hesabı ilə məğlub etdiyi matçda 3 qol vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media