Vüqar Nadirov: “İstefa verdim, çünki yorulmuşdum”

Vüqar Nadirov: “İstefa verdim, çünki yorulmuşdum”

Hazırda oxunan: Vüqar Nadirov: “İstefa verdim, çünki yorulmuşdum”

576784

Azərbaycan Birinci Liqasında mübarizə aparan “Şəmkir” klubunun baş məşqçisi Vüqar Nadirov istefa verdi. Mütəxəsis 2-ci liqada keçirilən “Qarabağ Lökbatan”la oyundan sonra komandadan ayrıldı. Olduqca gözlənilməz olan bu qərarın səbəbini öyrənmək üçün Nadirovun özü ilə əlaqə saxladıq.

O, Bizim.Media-ya açıqlamasında istefasının müxtəlif səbəblərlə əlaqədar olduğunu bildirdi:

“Bəli, “Şəmkir”dən istefa verdim. Çünki artıq yorulmuşdum. Buraya böyük ümidlərlə gəlmişdim. Ötən ildən çalışdığım müddətdə yaxşı işlər görmüşdük. Ancaq region klubunda işləmək bir qədər çətindir. Xüsusən də əgər komandanın daimi sponsoru yoxdursa. Düzdür, yerli camaat kömək edirdi. Konkret sponsor isə yox idi. Bu isə müyyən çətinliklər yaradırdı, maliyyə məsələsində gecikmələr olurdu. Sonuncu oyundakı məğlubiyyətdən sonra isə rəhbərliklə aramızda fikir ayrılığı da yarandı. Ona görə də istefa vermək qərarına gəldim”.

Qeyd edək ki, “Şəmkir” hazırda Azərbaycan 2-ci liqasında 9 xalla 6-cı pillədə qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO