“Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Cari mövsüm əsas mərhələdə ilk qələbələrini qazandılar. Oyun yaxşı alındı. Ən azı, məğlub olmaq istəmirdik. Qarşılaşma boyunca şanslarımız var idi. Futbolçularım sona kimi mübarizə apardılar”.
Bizim.Media xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində İspaniyanın “Atletik” klubuna 1:3 hesabı ilə məğlub olduqları III tur matçından sonra təşkil olunmuş mətbuat konfransında deyib.
“Oyuna çox yaxşı başladıq. Yaxşı hücumlarımız oldu. Sadəcə, dəqiqlik çatmadı. Rəqibin ustalıq keyfiyyəti bizdən daha yüksək idi. Rəqiblər də xal qazanmaq üçün qalib gəlmək, növbəti mərhələyə adlamaq üçün şanslarını artırmaq istəyəcəklər. Hər şeyə hazır olmalıyıq. Qarşıdakı görüşlərdə daha intizamlı oynamalıyıq. Azarkeşlərimizə də bizləri tək qoymadıqlarına görə təşəkkür edirəm”, - baş məşqçi bildirib.
Qeyd edək ki, hazırda aktivində 6 xal olan Qurban Qurbanovun komandası 10-cu pillədə qərarlaşıb. Bilbao klubu isə 3 xalla 21-ci yerdədir.
Bizim.Media