Levandovski “Mançester Yunayted”lə razılığa gəlib?

Levandovski “Mançester Yunayted”lə razılığa gəlib?

Hazırda oxunan: Levandovski “Mançester Yunayted”lə razılığa gəlib?

576672

“Barselona”nın hücumçusu Robert Levandovski karyerasını İngiltərədə davam etdirə bilər.

Bizim.Media “Daily Star”a istinadən xəbər verir ki, 37 yaşlı polşalı forvard “Mançester Yunayted”in baş məşqçisi Ruben Amorimin maraq dairəsindədir.
 

Bildirilir ki, Levandovski artıq “qırmızı şeytanlar”a keçməyə razılıq verib. “Barselona” isə təcrübəli hücumçunun müqaviləsini uzatmağı planlaşdırmır.


Qeyd edək ki, onun Kataloniya təmsilçisi ilə müqaviləsi gələn yay başa çatacaq.

Xatırladaq ki, Levandovski 2022-ci ildən “Barselona”da çıxış edir. O, bu mövsüm bütün turnirlər üzrə 9 oyunda çıxış edib, 4 qol vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO