“Mançester Siti”nin ulduzu özünə yeni avtomobil aldı

“Mançester Siti”nin ulduzu özünə yeni avtomobil aldı

Hazırda oxunan: “Mançester Siti”nin ulduzu özünə yeni avtomobil aldı

576504

“Mançester Siti”nin ulduz futbolçusu Erlinq Holand bahalı avtomobil kolleksiyasını daha bir superkarla zənginləşdirib.

Bizim.Media xəbər verir ki, norveçli hücumçu 250 min funt sterlinq (təxminən 540 min AZN) dəyərində “Lamborghini Huracan Sterrato” modelini alıb.

Nadir mat yaşıl rəngdə olan bu avtomobildən dünyada cəmi 1 499 ədəd istehsal olunub. Superkar 3,4 saniyəyə 100 km/saat sürətə çatır.

Məlumata görə, Holandın avtomobil kolleksiyasının ümumi dəyəri 10,5 milyon funt (təxminən 22,6 milyon AZN) təşkil edir. Həftəlik təxminən 1 milyon funt (təxminən 2,1 milyon AZN) qazanan ulduz futbolçu bu avtomobili “uğurlu mövsüm hədiyyəsi” adlandırıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO