Azərbaycan yunan-Roma güləşçisi Ziya Babaşov Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında finala yüksəlib.
Bizim.Media xəbər verir ki, 63 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz həlledici mərhələyə gedən yolda türkiyəli Servet Angiyə 2:1 hesabı ilə qalib gələrək ən azı gümüş medalı özü üçün təmin edib.
Qeyd edək ki, mundial oktaybrın 27-dək davam edəcək.
***21:16
Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-23 dünya çempionatına start verilib.
Bizim.Media xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 4 yunan-Roma güləşçisi mübarizəyə başlayıb.
Ziya Babaşov (63 kiloqram) yaponiyalı Miruto Tokuhiqaya 7:1, iranlı Mohammad Navidə 3:1 hesabı ilə, rusiyalı Dоrdji Şunqurtsikova isə ilk xal prinsipinə əsasən (1:1) qalib gələrək yarımfinala yüksəlib. O, bu raundda türkiyəli Servet Angi ilə qarşılaşacaq.
Digər güləşçilər Davud Məmmədov (77 kiloqram) və Laçın Vəliyev (87 kiloqram) ilk görüşlərində rəqiblərinə məğlub olublar.
Ayxan Mərdanov (130 kiloqram) isə startda çinli Şuanqyu Çenə "tuş"la qalib gələrək 1/4 finala yüksəlsə də, bu mərhələdə rusiyalı Aleksandr Melexova (UWW) 0:9 hesabı ilə məğlub olub.
Qeyd edək ki, mundiala oktyabrın 27-də yekun vurulacaq.
Bizim.Media