FIFA DÇ-2026-dan əvvəl ofsayd qaydalarını dəyişə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
“Arsenal”ın keçmiş baş məşqçisi, hazırda FIFA-da işləyən Arsen Venger yeni ofsayd qaydaları ilə bağlı belə təklif irəli sürüb ki, ofsayd yalnız hücumçu ilə müdafiəçi arasında açıq bir boşluq olduqda qeydə alınacaq. Əgər oyunçular eyni xətt üzərindədirsə, bu zaman ofsayd sayılmayacaq.
Bu qayda mundial ərəfəsində sınaqdan keçirilə bilər.
Rəşad Rafiqoğlu, Bizim.Media