"Atletik" - "Qarabağ" oyununu bu hakimlər idarə edəcək

"Atletik" - "Qarabağ" oyununu bu hakimlər idarə edəcək

Hazırda oxunan: "Atletik" - "Qarabağ" oyununu bu hakimlər idarə edəcək

576226

İspaniyada "Atletik" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununa təyinatlar açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, matçı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.
 

Görüşün baş hakimi İqor Payaç olacaq. FIFA referisinə Boyan Zobenitsa və İvan Mihali kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Zdenko Lovriç yerinə yetirəcək.


VAR-da İvan Bebek, AVAR-da isveçrəli Fedayi San əyləşəcəklər.

Qeyd edək ki, "Atletik" - "Qarabağ" matçı oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO