İspaniya La Liqasında 9-cu turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, 3 gün sonra UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ı qəbul edəcək "Atletik" səfərdə "Elçe" ilə qarşılaşıb.
Bilbao təmsilçisi növbəti dəfə xal itkisi ilə üzləşib - 0:0. 9 turdan sonra 14 xal toplayan Ernesto Valverdenin komandası turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Xatırladaq ki, oktyabrın 22-də Bilbaodakı "San Mames" stadionunda baş tutacaq "Atletik" - "Qarabağ" görüşü Bakı saat 20:45-də start götürəcək.
Bizim.Media

- A-
- A
- A+
İdman
12:22 / 20.10.2025
“Atletik” “Qarabağ”la oyundan öncə XAL İTİRDİ
Hazırda oxunan: “Atletik” “Qarabağ”la oyundan öncə XAL İTİRDİ
Hazırda oxunan: “Atletik” “Qarabağ”la oyundan öncə XAL İTİRDİ
576211
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.