Azərbaycan Baskerbol Liqasında 3-cü tura yekun vurulur

Azərbaycan Baskerbol Liqasında 3-cü tura yekun vurulur

Hazırda oxunan: Azərbaycan Baskerbol Liqasında 3-cü tura yekun vurulur

576093

Bu gün Azərbaycan Basketbol Liqasında III turun növbəti oyunu baş tutacaq.

Bizim.Media xəbər verir ki, Bakı İdman Sarayında saat 17:00-da NTD və “Abşeron Lions” komandaları üz-üzə gələcək.
 

Bu görüş NTD üçün mövsümdə ilk xalını qazanmaq baxımından əhəmiyyət daşıyır - komanda ilk iki matçını uduzaraq A qrupunun son pilləsində qərarlaşıb.


Öz növbəsində, “Abşeron Lions” hələ məğlub olmayıb və uğurlu seriyasını davam etdirməyə çalışacaq.

Qeyd edək ki, “Neftçi” - “Gəncə” qarşılaşması Bakı təmsilçisinin avrokubok oyununda iştirakı səbəbindən müvəqqəti olaraq təxirə salınıb.

Qeyd edək ki, turun digər matşlarında nəticələr belə olub:

“Lənkəran” – “Naxçıvan” 82:91, “Ordu” – “Sərhədçi” 85:73, “Sabah” – “Şəki” 85:66, “Sumqayıt” – “Quba” 88:98.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO