2 cüdoçumuz Meksikada QIZIL MEDAL qazandı

2 cüdoçumuz Meksikada QIZIL MEDAL qazandı

Hazırda oxunan: 2 cüdoçumuz Meksikada QIZIL MEDAL qazandı

576051

Azərbaycan cüdoçuları Meksikanın Qvadalaxara şəhərində təşkil olunan Qran-pri turnirində 2 qızıl, 1 bürünc medal qazanıblar.

Bizim.Media xəbər verir ki, Hidayət Heydərov (73 kq) finalda Çexiya təmsilçisi Husniddin Kərimovu üstələməklə qızıl medal qazanıb.
 

Eyni uğura Vüsal Qələndərzadə (81 kq) də imza atıb. O, turnirin həlledici görüşündə Eetu İhanamakiyə (Finlandiya) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


Rəşid Məmmədəliyev isə (73) üçüncü yer uğrunda görüşdə kanadalı Castin Lemirzeni məğlub edərək bürünc medalla kifayətlənib.

Qeyd edək ki, daha əvvəl cüdoçularımızdan Balabəy Ağayev (60 kq) və Ruslan Paşayev (66 kq) Meksika turnirinin qalibi olublar. Əhməd Yusifov (60 kq) isə bürünc mükafata sahib çıxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO