"Milan"ın italiyalı yarımmüdafiəçisi Luka Modriç "Real"a qayıda bilər.
Bizim.Media xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb.
Xorvatiyalı oyunçu futbolçu karyerasını başa vurduqdan sonra məşqçilik lisenziyası alacaq.
Bildirilib ki, onun “kral klubu”nunakademiyasının gənclərdən ibarət komandalarından birini çalışdırmağa başlayacağı gözlənilir.
Qeyd olunur ki, bu ideya “Real”ın prezidenti Florentino Peresə məxsusdur. 40 yaşlı futbolçunun "Milan"la hazırkı əmək müqaviləsi 2026-cı il iyun ayının 30-na qədərdi.
Xatırladaq ki, Luka Modriç 2012-2025-ci illərdə "Real"ın formasını geyinib. O, Madrid təmsilçisinin tarixində ən çox medal qazanan futbolçudur. Modriç klubla adına 28 kubok əldə edib. Ümumilikdə o, "Real"da 590 oyun keçirib, 43 qol vurub və 95 məhsuldar ötürmə edib.
Bu mövsüm Modriç "Milan"ın heyətində 7 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.
Bizim.Media

- A-
- A
- A+
İdman
07:30 / 19.10.2025
Modriç "Real"a qayıda bilər
Hazırda oxunan: Modriç "Real"a qayıda bilər
Hazırda oxunan: Modriç "Real"a qayıda bilər
576031
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.