“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Misli Premyer Liqasının 8-ci turunda evdə “Karvan-Yevlax”a qalib gəldikləri (4:1) matçı şərh edib.
Bizim.Media xəbər verir ki, serbiyalı mütəxəssis nəticədən razı qalsa da, komandanın oyununda çatışmazlıqların olduğunu gizlətməyib:
“Uğursuz seriyadan sonra qalib gəlmək xoşdur, amma oyundan tam razı deyiləm. Bir çox qol imkanlarından yararlana bilmədik. Bunun səbəbi heyət çatışmazlığıdır. Rəşid zədəlidir, Rüstəm və Səbuhi milli komandadan qayıdıblar. Bu səbəbdən bəzi gənc futbolçulara şans verməli olduq. Əsas məqsədimiz sabit heyətlə bir neçə matç oynamaqdır”.
Baş məşqçi qələbəyə baxmayaraq, bəzi futbolçuların fərdi səhvlərindən narazılığını bildirib:
“Sevinc var, amma planlaşdırdığımız oyunu tam görə bilmədik. Bəzi oyunçular səhvlərə yol verdilər”.
İliç qış transfer pəncərəsində Serbiyadan futbolçular gətirmə ehtimalına da münasibət bildirib: “Mənim üçün futbolçunun hansı ölkədən olması vacib deyil. Əsas odur ki, komandaya xeyir versin. Qışda yeni oyunçuların gəlməsi mümkündür”.
Serbiyalı mütəxəssis qarşıdakı çətin oyunlara da toxunub: “Bizim üçün asan matç yoxdur.
Qarşıda ‘Zirə’, ‘Araz-Naxçıvan’ və ‘Qarabağ’la oyunlar olacaq. Hazırda diqqətimizi növbəti tura yönəltmişik. Futbolçulardan tələbim bu matçlara tam hazır olmalarıdır. Məşqlərimiz də bu istiqamətdə qurulub”.
Bizim.Media

- A-
- A
- A+
İdman
22:26 / 18.10.2025
“Uğursuz seriyadan çıxdıq, amma oyun istədiyim kimi olmadı” - Saşa İliç
Hazırda oxunan: “Uğursuz seriyadan çıxdıq, amma oyun istədiyim kimi olmadı” - Saşa İliç
Hazırda oxunan: “Uğursuz seriyadan çıxdıq, amma oyun istədiyim kimi olmadı” - Saşa İliç
576018
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.