Misli Premyer Liqasında 8-ci turun matçları davam edir.
Bizim.Media xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan 2 matç da yekunlaşıb.
Günün ikinci matçında “Sumqayıt” “Karvan-Yevlax”ı sınağa çəkib. Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, tura sabah keçiriləcək iki matçla yekun vurulacaq.
Xatırladaq ki, günün ilk oyununda “İmişli” Qubada “Qəbələ”ni sınağa çəkib və matç 2:2 hesabı ilə yekunlaşıb.
18 oktyabr (şənbə)
18:00. “Sumqayıt” - “Karvan-Yevlax” - 4:1
Qol: Ronaldo Vaskez, 12 (1:0), Coy Mikels, 44 (1:1), Aleksandr Ramalinqom, 55 (2:1), 65 (4:1), Aleksa Yankoviç, 60 (3:1)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamran Əliyev
VAR: Əli Əliyev
AVAR: Əliyar Ağayev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Bizim.Media

- A-
- A
- A+
İdman
20:40 / 18.10.2025
“Sumqayıt”dan darmadağın
Hazırda oxunan: “Sumqayıt”dan darmadağın
Hazırda oxunan: “Sumqayıt”dan darmadağın
576006
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.