Azərbaycan cüdoçuları Meksikanın Qvadalaxara şəhərində keçirilən Qran-pridə iki qızıl medal qazanıblar.
Bizim.Media xənər verir ki, Balabəy Ağayev (60 kq) və Ruslan Paşayev (66 kq) Meksika turnirinin qalibi olublar.
Finalda Balabəy Ağayev Mişel Aqustoya qalib gəlib, Paşayev isə həlledici görüşdə finlandiyalı Lukas Sahadayanı üstələyib.
Digər cüdoçumuz Əhməd Yusifov (-60 kq) isə üçüncü yer uğrunda görüşdə fransalı Enzo Janı məğlub edərək bürünc medala yiyələnib.
Beynəlxalq Cüdo Federasiyası da sosial şəbəkə hesabındakı paylaşımında cüdoçularımızı təbrik edib.
Rəşad Rafiqoğlu, Bizim.media