“Barselona” Lamin Yamalın həyat tərzindən NARAHATDIR

“Barselona” Lamin Yamalın həyat tərzindən NARAHATDIR

Hazırda oxunan: “Barselona” Lamin Yamalın həyat tərzindən NARAHATDIR

575894

“Barselona” klubu 18 yaşlı hücumçusu Lamin Yamalın futboldan kənar davranışlarından narahatdır.

Bizim.Media xəbər verir ki, bu barədə “Cadena Ser”in jurnalisti Manu Karreño “El Larguero” proqramında məlumat verib.

Mənbəyə görə, klub rəhbərliyi son aylarda futbolçunun şəxsi həyatı və gündəlik davranışında müşahidə olunan bəzi hallardan narazıdır.

“Laminin şəxsi həyatı ilə bağlı müəyyən narahatlıq var. Bu, panikaya səbəb deyil, amma klub onun son dövrlərdəki davranış və həyat tərzini bəyənmir,” – deyə Karreño bildirib.

Xatırladaq ki, ötən yay Yamal 18 yaşını qeyd etdiyi ad günündə qonaqları əyləndirmək üçün liliput insanları işə götürməkdə ittiham olunmuşdu.

Bundan başqa, gənc futbolçunun PSJ ilə oyunöncəsi iclasa gecikdiyi, idman direktoru Dekonun isə baş məşqçi Hans-Diter Fliki onu start heyətindən kənarlaşdırmamağa razı saldığı iddia edilirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO