"Zirə" ilə oyuna hazırlaşan "Sabah" ciddi itki ilə üzləşib. Pavol Safranko zədələnib.
Bizim.Media xəbər verir ki, Safranko klubun U-19 komandası ilə oyununda zədə alıb.
Baş məşqçi Dambrauskasın istəyi ilə keçirilən hazırlıq matçı əsas komandanın irihesablı qələbəsi ilə yekunlaşıb. Amma slovakiyalı hücumçunun zədələnməsi məyusluq yaradıb.
Klubdan aldığımız məlumata görə, Safrankonun "Zirə" ilə matçı buraxacağı dəqiqdir. Zədənin nə qədər ciddi olduğu həkimlərin ətraflı müayinəsindən sonra bilinəcək.
Qeyd edək ki, Misli Premyer Liqasının 8-ci turunun "Sabah" - "Zirə" oyunu oktyabrın 19-da olacaq. Matç "Bank Respublika Arena"da keçiriləcək, saat 16:00-da başlanacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
22:33 / 17.10.2025
“Sabah” “Zirə” ilə oyuna ciddi itki ilə çıxacaq
Hazırda oxunan: “Sabah” “Zirə” ilə oyuna ciddi itki ilə çıxacaq
Hazırda oxunan: “Sabah” “Zirə” ilə oyuna ciddi itki ilə çıxacaq
575869
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.