"Futbolçularla hər zaman deyirəm ki, daha uğurlu nəticələr əldə etmək və böyümək üçün istənilən komandaya qarşı inamlı, cəsarətli oynamalıyıq".
Bizim.Media xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Mütəxəssis məşhur “Euronews” kanalına müsahibə verib. O, komandanın uğurlarından, hədəflərindən söz açıb:
“İstər güləş, istər cüdoda çoxlu çempion idmançılarımız var. Olimpiya və dünya çempionlarımız kifayət qədərdir. Azərbaycan idman ölkəsidir. Futbol elə səviyyəyə çatıb ki, bununla ayaqlaşmaq heç də asan deyil. Çempionlar Liqasında zəif komanda yoxdur. Belə komandalara qalib gəlmək və ön sıralarda olmaq məni sevindirməyə bilməz. Çünki demək olar ki, bütün dünya bizimlə maraqlanmağa başladı".
Qurbanov ÇL-in ilk turunda "Benfika" səfərində əldə etdikləri möhtəşəm qələbəni belə şərh edib:
"Emosiyalarımı sözlə ifadə edə bilmərəm. Çünki “Benfika” kimi komanda önündə 2 top buraxdıqdan sonra 3 qol vurmaq böyük nailiyyətdir. Çünki “Benfika” istənilən an 3 və ya 4-cü qolu vura bilərdi. Belə qələbələrə görə futbolçular həddən artıq sevinirlər.
Oyundan əvvəl bəlkə də tək-tük insan nəinki qələbəmiz, hətta bərabərliyimiz barədə düşünərdi. Avropanın bütün ölkələrində qalibiyyətimiz barədə danışıldı. Bu, komandamıza əlavə inam yaratdı. Bu cür turnirdə iştirak etmək haqqımızda daha çox maraqlanmalarına səbəb olur. Yenidən Çempionlar Liqasında çıxış etməyimiz Qarabağ adının tarixini ciddi surətdə bəyan etdi”.
O, daha yaxşı nəticələr qazanmağa çalışacaqlarını vurğulayıb:
“Həmişə qarşımıza qoyduğumuz məqsəd maksimum çalışaraq, daha da irəli getmək olub. Get-gedə həm “Qarabağ”a, həm də Azərbaycan futboluna diqqət çoxalır. Belə olan halda da istər-istəməz klubu daha da inkişaf etdirəcəyimizə və uğurlu nəticələr əldə etməyə dair ümidim artır”.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
13:20 / 17.10.2025
Qurban Qurbanov: “Avropanın bütün ölkələrində qələbəmiz barədə danışıldı” - VİDEO
Hazırda oxunan: Qurban Qurbanov: “Avropanın bütün ölkələrində qələbəmiz barədə danışıldı” - VİDEO
Hazırda oxunan: Qurban Qurbanov: “Avropanın bütün ölkələrində qələbəmiz barədə danışıldı” - VİDEO
575775
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.