Qurban Qurbanov yeni biznesə başladı

Qurban Qurbanov yeni biznesə başladı

Hazırda oxunan: Qurban Qurbanov yeni biznesə başladı

575772

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov özünə yeni biznes qurub.

Bizim.Media “Sport1.az”a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi forma satışı şirkəti yaradıb.
 

Kompaniya “Adidas”, “Joma”, “Jako” şirkətlərinin Azərbaycanda rəsmi distribütorudur. Buradan topdan idman geyimləri və dəstləri sifariş vermək olur.


Artıq ölkəmizdə fəaliyyət göstərən bəzi klublar Qurban Qurbanovun şirkəti ilə əməkdaşlığa başlayıblar. Söhbət “Zirə”, “Turan Tovuz” və “Şəfa”dan gedir.

Qeyd edək ki, bir müddət öncə mediada Qurban Qurbanovun Bakı klubuna jest etdiyi ilə bağlı məlumat yayılmışdı. Məsələnin əsli başqadır. “Şəfa” klubu Qurban Qurbanovun şirkətindən “Jako” formaları, idman dəstləri şifariş verib. Geyimlərin çatdırılması gecikib. Bu səbəbdən də şirkət anbarda olan “Adidas” formalarını “Şəfa”ya verməli olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO