Rafinya “El-Klasiko”nu buraxa bilər

Rafinya “El-Klasiko”nu buraxa bilər

Hazırda oxunan: Rafinya “El-Klasiko”nu buraxa bilər

575709

“Barselona”nın braziliyalı hücumçusu Rafinya Dias, La Liqanın ən əhəmiyyətli oyunlarından biri olan “Real”la matçda meydana çıxmaq şansını itirə bilər.

Bizim.Media xəbər verir ki, sentyabrın sonunda zədələnən futbolçu, həmin səbəbdən həm son üç klub oyununu, həm də Braziliya yığmasının oktyabr toplanışını buraxıb.

Xəbərdə bildirilib ki, 28 yaşlı oyunçunun bərpası planlaşdırıldığı kimi getmir və müəyyən fəsadlar yaranıb. Hazırda Rafinyanın “El-Klasiko”ya qədər forma geyinməsi real görünmür.
 

Qeyd edək ki, “Barselona” 26 oktyabrda “Real”ın qonağı olacaq.


Komanda ondan əvvəl oktyabrın 18-də La Liqada “Jirona”, 21-də isə Çempionlar Liqasının 3-cü turunda “Olimpiakos”la qarşılaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO