“Bavariya”nın müdafiəçisi Dayot Upamekano karyerasını La Liqada davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, “Real” fransalı futbolçunun transferində maraqlıdır.
Xəbərdə bildirilir ki, Madrid klubu oyunçu üçün təxminən 20 milyon avro ödəməyə hazırdır.
Lakin bu məbləğ “transfermarkt”ın müəyyən etdiyi 60 milyon avroluq bazar dəyərindən xeyli aşağıdır.
Qeyd edək ki, Upamekanonun “Bavariya” ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər qüvvədədir.
Xatırladaq ki, o, bu mövsüm Almaniya Bundesliqasında 6 oyunda iştirak edib.
Bizim.Media