Azərbaycan millisində isveçrəli BAŞ MƏŞQÇİ

Azərbaycan millisində isveçrəli BAŞ MƏŞQÇİ

Hazırda oxunan: Azərbaycan millisində isveçrəli BAŞ MƏŞQÇİ

575687

Üzgüçülük üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu vəzifə isveçrəli Luka Qabriloya tapşırılıb.
 

Yeni mütəxəssis milli komanda üzvlərinə AÜF-ün baş katibi Oqtay Atayev tərəfindən təqdim olunub. İdmançılarla görüşdə federasiyanın müşaviri Rəşad Əbdürəhmanov, idman direktoru Pyer Ləfonten və idman meneceri Mehdi Məmmədov iştirak ediblər.


Qeyd edək ki, 15 il məşqçilik təcrübəsinə malik olan Luka Qabrilo daha əvvəl İsveçrə, ABŞ, İsrail, Rumıniya, Çexiya, Filippin və Avstraliyada çalışıb. Onun rəhbərliyi altında idmançılar Avropa və dünya çempionatlarında müxtəlif əyarlı medallar qazanıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO