“Barselona”dan Messi ilə bağlı nostalji paylaşım - FOTO

“Barselona”dan Messi ilə bağlı nostalji paylaşım - FOTO

Hazırda oxunan: “Barselona”dan Messi ilə bağlı nostalji paylaşım - FOTO

575674

“Barselona” klubunun əfsanəvi futbolçusu Lionel Messinin komanda ilə ilk oyunundan 21 il ötüb.

Bizim.Media xəbər verir ki, klub bu münasibətlə sosial şəbəkə hesablarında xüsusi paylaşım edib.

Paylaşımda argentinalı ulduzun “Barselona” formasında debüt etdiyi gün xatırlanıb.

Messi ilk dəfə 2004/2005 mövsümündə “Espanyol”a qarşı keçirilən oyunda “Barselona”nın əsas heyətində meydana çıxmışdı.

Klubun paylaşımında belə bir ifadə yer alıb: “Messi ilə nələrin baş verəcəyini bilmirdik.”
 

Qeyd esək ki, ulduz oyunçu 2021-ci ilə qədər “Barselona”nın şərəfini qoruyub, daha sonra iki mövsüm PSJ-də çıxış edib. Hazırda “İnter Mayami” klubunun heyətində forma geyinən Messi bu mövsüm MLS-də 27 matçda 26 qol vurub, 15 məhsuldar ötürmə verib.


Karyerası ərzində 8 dəfə “Qızıl top” mükafatını qazanan Messi dünya futbolunun ən uğurlu oyunçularından biri hesab olunur.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO