“Neftçi”nin danışıq apardığı futbolçu Bakıya GƏLDİ

“Neftçi”nin danışıq apardığı futbolçu Bakıya GƏLDİ

Hazırda oxunan: “Neftçi”nin danışıq apardığı futbolçu Bakıya GƏLDİ

575657

“Neftçi”nin iki aya yaxındır danışıqlar apardığı İdrissa Dumbiya Azərbaycana gəlib.

Bizim.Media xəbər verie ki, Fil Dişi Sahilindən olan yarımmüdafiəçi klubun şəraiti ilə yaxından tanışlıq, həmçinin yerində danışıqlar aparmaq üçün ölkəmizə təşrif buyurub.

“Neftçi” bu futbolçu ilə 2026-cı ilin yayınadək müqavilə bağlamaq istəyir. Bu zaman kəsiyində normal təsir bağışlasa, iyunda sözləşməsi daha birillik uzadılacaq.

Yayda “Əl-Əhli”dən (Qətər) ayrılan 27 yaşlı oyunçu hazırda azad agent statusu daşıyır.

İdrissa Dumbiya “Anderlext”, “Sportinq”, “Ueska”, “Alanyaspor” kimi tanınmış klublarda çıxış edib. O, 2023-cü ildən bəri Fil Dişi Sahili millisinin heyətində 4 matçda meydana çıxıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO