Misli Premyer Liqasının 8-ci turunda “Zirə” ilə qarşılaşacaq “Sabah” hazırlıqlarını davam etdirir.
Bizim.Media xəbər verir ki, Masazır klubu bu görüşə itkilərlə çıxacaq.
Zinedin Uld Xaled, Boyan Letiç və Neqoş Kupusoviçin oynamayacağı artıq dəqiqləşib.
Lakin Coy-Lens Mikkelsin bu matçda oynayıb-oynamayacağı bəlli deyil.
“Sabah” üçün sevindirici məqam isə İqor Noqeyra, Cessi Sekidika və Aleksey İsayevin kollektivlə məşqlərə qoşulmasıdır.
Qeyd edək ki, “Sabah” – “Zirə” görüşü oktyabrın 19-da baş tutacaq və matça 16:60-da start veriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media