Azərbaycanın 2 cüdoçusu Qran-pridə mübarizəyə başlayır

Azərbaycanın 2 cüdoçusu Qran-pridə mübarizəyə başlayır

Hazırda oxunan: Azərbaycanın 2 cüdoçusu Qran-pridə mübarizəyə başlayır

57542

Portuqaliyanın Almada şəhərində cüdo üzrə Qran-pri start götürəcək.

Bizim.Media-nın məlumatına görə, ilk yarış günündə Azərbaycanın 2 təmsilçisi qüvvəsini sınayacaq.

60 kq-da yer alan Balabəy Ağayev və Rövşən Əliyev medal qazanmağa çalışacaqlar.

Qeyd edək ki, Qran-pridə Azərbaycanın 12 cüdoçusunun iştirakı nəzərdə tutulsa da, onlardan cəmi 5-i xalça üzərinə çıxacaq.

Balabəy Ağayev və Rövşən Əliyevlə yanaşı, Adil Kərimli (100 kq), İmran Yusifov və Uşanqi Kokauri (+100 kq) də mübarizə aparacaq.
Digər 7 idmançı - Yaşar Nəcəfov (66 kq), Nəriman Mirzəyev, Zaməddin Poladov (hər ikisi 73 kq), Zelim Tskayev (81 kq), Rüfət İsmayılov (90 kq), Aydan Vəliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq) və Səbinə Əliyeva (52 kq) müxtəlif səbəblərdən yarışda iştirak edə bilməyəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO