Lionel Messi öz adını daşıyan futbol turniri YARATDI

Lionel Messi öz adını daşıyan futbol turniri YARATDI

Hazırda oxunan: Lionel Messi öz adını daşıyan futbol turniri YARATDI

575378

Argentina milli komandasının və "İnter Mayami"nin kapitanı Lionel Messi yeniyetmələr arasında futbol turniri təsis edib.

Bizim.Media xəbər verir ki, 38 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında məlumat verib.

Ulduz futbolçunun adını daşıyan "Messi Kuboku" dekabrın 9-dan 14-dək Mayamidə keçiriləcək.
 

Argentinanın “River Pleyt” və “Nyuells Old Boyz”, “İnter Mayami”, İspaniyanın “Barselona” və “Atletiko”, İngiltərənin “Çelsi” və “Mançester Siti”, eləcə də İtaliyanın “İnter” klublarının U-16 komandaları artıq turnirdə öz iştiraklarını təsdiqləyib.


Qeyd edək ki, Lionel Messi 2023-cü ildən "İnter Mayami"də çıxış edir. O, əvvəllər "Barselona" və PSJ-nin də formasını geyinib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO