Ərdoğan Türkiyə millisinin futbolçularını belə təbrik etdi - VİDEO

Ərdoğan Türkiyə millisinin futbolçularını belə təbrik etdi - VİDEO

Hazırda oxunan: Ərdoğan Türkiyə millisinin futbolçularını belə təbrik etdi - VİDEO

575364

Rəcəb Tayyib Ərdoğan Kocaelidə keçirilən Türkiyə–Gürcüstan qarşılaşmasını stadiondan izləyib. 2026 FIFA Dünya Kubokunun Avropa seçmə mərhələsi çərçivəsində baş tutan oyunda Türkiyə millisi Gürcüstanı 4:1 hesabı ilə məğlub edib.

Bizim.Media xəbər verir ki, Türkiyənin qollarını Kenan Yıldız, Merih Demiral (2) və Yunus Akgün vurublar, qonaq komandanın yeganə qolunun müəllifi isə Koçoraşvili olub.

Oyunu Prezident Rəcəb Tayyib Ərdoğan, Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə birgə izləyib.

Matçdan sonra Ərdoğan Kocaeli stadionunda A milli futbol komandasının oyunçularını və texniki heyətini qələbə münasibətilə təbrik edib.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO