15 ildən sonra dünya çempionatına VƏSİQƏ QAZANDILAR

15 ildən sonra dünya çempionatına VƏSİQƏ QAZANDILAR

Hazırda oxunan: 15 ildən sonra dünya çempionatına VƏSİQƏ QAZANDILAR

575362

Cənubi Afrika millisinin dünya çempionatına qayıdışı rəsmiləşib.

Bizim.Media xəbər verir ki, Hugo Broosun komandası Afrika üzrə seçmə mərhələnin C qrupunda 18 xal toplayaraq qrup lideri olub və ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatına vəsiqə qazanıb.
 

Cənubi Afrika millisi 2010-cu ildən sonra ilk dəfə dünya çempionatında çıxış edəcək. Həmin vaxt turnir Cənubi Afrika Respublikasında keçirilmişdi.


Ümumilikdə bu, komandanın tarixdə dördüncü mundialı olacaq.

Nigeriya qrupu ikinci pillədə başa vurub. Onların gələcəyi digər qruplarda ikinci yeri tutan komandaların nəticələrindən asılı olacaq. Ən yaxşı dörd ikinci yer sahibi pley-off mərhələsində oynayacaq və Afrikanı qitələrarası pley-offda təmsil edəcək komanda məhz orada müəyyənləşəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO