İsveç millisinin baş məşqçisi istefaya göndərildi

İsveç millisinin baş məşqçisi istefaya göndərildi

Hazırda oxunan: İsveç millisinin baş məşqçisi istefaya göndərildi

575316

İsveç Futbol Assosiasiyası millinin baş məşqçisi Yon Dal Tomassonu istefaya göndərmək qərarına gəlib.

Bizim.Media xəbər verir ki, İsveç DÇ-2026-nın seçmə mərhələsinin son oyununda Kosovoya 1:0 hesabı ilə məğlub olub.
 

“Bizim bir qrup oyunçumuz var ki, onlara çox inanırıq və onlar üçün yeni imkanlar yaratmaq istəyirik. İnanırıq ki, bu komanda martda keçiriləcək pley-off mərhələsinə düşə bilsə, dünya ççempionatına vəsiqə qazana bilər”, - qurumun rəsmi saytında bildirilir.


İsveç 2026-cı il dünya çempionatının seçmə qrupunun sonuncu pilləsində qərarlaşıb. Komanda üç görüşdə məğlub olub, bir heç-heçə edib.

Komanda qalan oyunlarında İsveçrə və Sloveniya ilə qarşılaşacaq.

Danimarkalı məşqçi Yon Dal Tomasson 2024-cü ilin martından İsveç millisini çalışdırırdı.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO