İspaniyanın "Barselona" klubunun heyətində ciddi itki baş verib.
Bizim.Media xəbər verir ki, İspaniya çempionunun hücumçusu Robert Levandovski sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Levandovski Polşa millisinin düşərgəsində zədələnib. 37 yaşlı forvardın ayaq əzələsində yırtıq aşkarlaşıb. Onun yaşıl meydanlara qayıdışı müalicə prosesindən asılı olacaq.
Qeyd edək ki, Robert Levandovski bu mövsüm "Barselona"nın heyətində meydana çıxdığı 9 rəsmi matçda 4 qol vurub. Təcrübəli futbolçunun Kataloniya təmsilçisi ilə müqaviləsi gələn ilin yayında başa çatır.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
21:20 / 14.10.2025
“Barselona”da Levandovski ŞOKU
Hazırda oxunan: “Barselona”da Levandovski ŞOKU
Hazırda oxunan: “Barselona”da Levandovski ŞOKU
575304
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.