Braziliya millisi tarixində ilk dəfə Yaponiya yığmasına uduzdu

Braziliya millisi tarixində ilk dəfə Yaponiya yığmasına uduzdu

Hazırda oxunan: Braziliya millisi tarixində ilk dəfə Yaponiya yığmasına uduzdu

575265

Futbol üzrə Braziliya milli komandası tarixində ilk dəfə Yaponiya yığmasına uduzub.

Bizim.Media xəbər verir ki, bu məğlubiyyət yoldaşlıq oyununa təsadüf edib.

Matçın ilk hissəsi “sambaçılar”ın 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Cənubi Amerika təmsilçisinin heyətində Paulo Enrike və Qabriel Martinelli fərqləniblər.
 

Fasilədən sonra isə vəziyyət tamamilə dəyişib. Braziliya seçməsinin qapısından 3 top keçirən yaponlar əzmkar qələbə qazanıblar. Asiyalıların heyətində qolları Takumi Minamino, Keito Nakamura və Ayase Ueda vurublar.


Qeyd edək ki, bunadək komandalar arasında baş tutan 13 oyunun 11-i Braziliya millisinin xeyrinə başa çatıb, 2 görüşdə isə qalib müəyyənləşməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO