“Futbolda öncədən nəsə demək çətindir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın Ukrayna ilə seçmə oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
Qarşılaşma 2:1 hesabı ilə ukraynalıların qələbəsiylə yekunlaşıb.
“İslandiyadan sonra xal qazandıq. Hər kəs düşünürdü ki, uşaqlar uzaq yoldan gəlib. Bəzən istək, ruh olanda yorğunluğu da hiss etmirlər. Emin Mahmudov fiziki göstəricilərinə görə komandanın ən yaxşısıdır. Bəlkə də Eminin gücü yox idi. Amma necə sürüşmə fəndi etdi. Bütün futbolçular yorğun olsalar da, mübarizə aparırdı. Uduzmaq istəmirdilər. Buna öyrəşməliyik.
Futbolçulara səhər demişdim ki, yorğunluğu özümüzə psixoloji problem etməyək. Rəqib də yoldan gəlmişdi. Öyrəşmək lazımdır. Turnir bunu tələb edir”, - Abbasov bildirib.
Baş məşqçi üç gündən bir oyun keçirə bilmək üçün bəzi tövsiyələr də verib:
“Futbolçularımızın təməli gənc yaşlarından buna öyrəşməlidirlər. Bəlkə də liqalarda oyunların sayını çoxaltmaq lazımdır. Bəlkə 1-ci oyun Ukraynaya qarşı oynasaydıq, başqa cür olardı. Çempionatımızın tempi artmalıdır, futbolçularımız 90 dəqiqə oynasa, daha yaxşı olar”.
Bizim.Media

- A-
- A
- A+
İdman
09:30 / 14.10.2025
Ayxan Abbasov: “Futbolçularımız 90 dəqiqə oynasa, daha yaxşı olar”
Hazırda oxunan: Ayxan Abbasov: “Futbolçularımız 90 dəqiqə oynasa, daha yaxşı olar”
Hazırda oxunan: Ayxan Abbasov: “Futbolçularımız 90 dəqiqə oynasa, daha yaxşı olar”
575142
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.