Norveç millisinin hücumçusu Erlinq Haland Yeni Zelandiya ilə keçiriləcək yoldaşlıq görüşündə iştirak etməyəcək.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Norveç millisinin məşqçilər korpusu hücumçunun sıx oyun qrafiki nəzərə alınaraq, onun düşərgədən ayrılmasına icazə verib.
Qeyd edək ki, Norveç millisi iki gün əvvəl DÇ-2026-nın seçmə mərhələsində İsrailə qarşı 5:0 hesablı qələbə qazanıb. Həmin oyunda Haland het-trik edib.
Norveç və Yeni Zelandiya arasında yoldaşlıq görüşü sabah Osloda baş tutacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media