Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə komandalararası Avropa çempionatında 7-ci turun görüşləri keçirilib.
Bizim.Media xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi bu turda Macarıstan komandasına 3:1 hesabı ilə qalib gəlib.
Eltac Səfərli Sanan Syuqirovu, Aydın Süleymanlı Benjamin Qleduranu məğlub edib.
Müvafiq olaraq, Riçard Rapport və Peter Leko ilə qarşılaşan Şəhriyar Məmmədyarovla Rauf Məmmədov heç-heçəyə razılaşıblar.
Azərbaycan qadın yığması isə Gürcüstan seçməsinə 1,5:2,5 hesabı ilə uduzub. Gülnar Məmmədova Meri Arabidzeni üstələyib. Xanım Balacayeva Lela Cavakaşvili ilə heç-heçə oynayıb. Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva isə müvafiq olaraq, Nino Batsiaşvili və Bella Khotenaşviliyə məğlub olublar.
Qeyd edək ki, 7 turdan sonra kişilərdən ibarət Azərbaycan millisi 11 xalla 2-ci, qadınların yığması isə 8 xalla 10-cu pillədə qərarlaşıb.
Bizim.Media