Ayxan Abbasov: “Ukrayna millisindən çəkinmirik"

Ayxan Abbasov: “Ukrayna millisindən çəkinmirik"

Hazırda oxunan: Ayxan Abbasov: “Ukrayna millisindən çəkinmirik"

574922

“Sabah bizi gərgin oyun gözləyir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

O, iki ardıcıl səfər oyunu keçirmələrinin çətin olduğunu bildirib. Baş məşqçi sözlərinə belə davam edib:
 

"Görüşlər arasında da zaman azdır. Futbolçular da yorulur. Çalışacağıq ki, müəyyən dəyişikliklər edək. Bu matçda daha yaxşı olmalıyıq. Xal qazanmaq istəyirik. Rəqib də bu qarşılaşmaya final kimi baxır. Ukraynadan çəkinmirik. Gələcəyə nikbin baxmaq istəyiriksə, rahat və çəkinmədən mübarizə aparmalıyıq".


Qeyd edək ki, Ukrayna-Azərbaycan oyunu oktyabrın 13-də Polşanın Krakov şəhər stadionunda keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO