Ukrayna millisinin aparıcı üzvü Azərbaycana qarşı oynamayacaq

Ukrayna millisinin aparıcı üzvü Azərbaycana qarşı oynamayacaq

Hazırda oxunan: Ukrayna millisinin aparıcı üzvü Azərbaycana qarşı oynamayacaq

574888

Ukrayna millisinin yarımmüdafiəçisi Georgi Sudakov 2026-cı il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçiriləcək oyunda iştirak edə bilməyəcək.

Bizim.Media xəbər verir ki, futbolçu bu barədə özünün Instagram səhifəsində məlumat verib.

O, həmçinin azarkeşlərə dəstəyə görə təşəkkür edib: “Təəssüf ki, mənim üçün bu toplanış başa çatdı. Ümid edirəm ki, tezliklə sağalacağam. Komanda yoldaşlarıma növbəti oyunda qələbə arzulayıram.”

23 yaşlı yarımmüdafiəçi İslandiyaya qarşı görüşdə çiynindən zədələnib və 39-cu dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Ukrayna – Azərbaycan oyunu oktyabrın 13-də Krakovda keçiriləcək. Oyun Bakı vaxtı ilə 22:45-də başlayacaq. Üç turun nəticəsinə əsasən, Ukrayna millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsinin D qrupunda ikinci yeri tutur.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO