Yamal Messi və Ronaldodan 300 dəfə çox qazanır

Yamal Messi və Ronaldodan 300 dəfə çox qazanır

Hazırda oxunan: Yamal Messi və Ronaldodan 300 dəfə çox qazanır

574878

"Barselona"nın ulduzu Lamin Yamalın maaşı futbol əfsanələri Messi və Kriştiano Ronaldonu belə geridə qoyub. Bu, futbol ictimaiyyətində böyük rezonans doğurub.

Bizim.Media xəbər verir ki, 18 yaşlı Lamin Yamal öz yaşına görə futbol əfsanələrindən yüzlərlə dəfə çox qazanır. Məlum olub ki, Kriştiano Ronaldo 18 yaşında "Mançester Yunayted"də oynayarkən həftədə cəmi 1200 avro, Lionel Messi isə həmin yaşda "Barselona"da təxminən 1500 avro maaş alıb.

Eyni zamanda, Yamal hazırda həftədə 300 mindən çox avro qazanır ki, bu da həmin yaş dövründə Messi və Ronaldonun gəlirlərini dəfələrlə üstələyir.

Səbəbi isə illər ərzində futbol bazarının xeyli dəyişməsi və xüsusilə də aparıcı futbolçuların maaşlarının əvvəlkindən qat-qat artmasıdır.

Qeyd edək ki, 18 yaşlı Lamin Yamal artıq Avropa çempionu, həmçinin İspaniya La Liqası, İspaniya Kuboku və Superkubokunun qalibidir. Bu qədər gənc yaşda o, həm "Barselona"nın, həm də İspaniya milli komandasının əsas oyunçularından biri sayılır. /Lent.az

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO