"Marsel" - "Qarabağ" oyunu neytral ölkədə keçirilə bilər - Peyvənd problemi...

Hazırda oxunan: "Marsel" - "Qarabağ" oyunu neytral ölkədə keçirilə bilər - Peyvənd problemi...

57480

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsinin "Marsel"ə qarşı Fransada keçirilməli olan ilk matçı neytral ölkədə oynanıla bilər.

Bizim.Media "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, buna səbəb Ağdam klubunun futbolçularına vurulmuş peyvəndlərin Fransada qəbul olunmamasıdır.

Bildirilib ki, UEFA ilə Fransa rəsmiləsi bununla bağlı danışıqlar aparır və oyunçular üçün güzəşt edilməsinə çalışır. Razılıq əldə olunmasa, UEFA-nın qaydalarına uyğun olaraq, qarşılaşma neytral ölkədə keçirilə bilər.

Qeyd edək ki, "Qarabağ"ın "Marsel"lə ilk oyunu fevralın 17-də səfərdə, cavab görüşü isə fevralın 24-də Bakıda olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO