“Arsenal” Kenan Yıldızı transfer etmək istəyir

“Arsenal” Kenan Yıldızı transfer etmək istəyir

Hazırda oxunan: “Arsenal” Kenan Yıldızı transfer etmək istəyir

574799

"Yuventus"un futbolçusu Kenan Yıldız karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, "Arsenal" türkiyəli vingeri transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Arsenal" Kenanı heyətinə qatmaq üçün hərəkətə keçməyə hazırlaşır. London təmsilçisi 20 yaşlı ön xətt oyunçusu üçün onun klubuna 50 milyon avro və Qabriel Jezusu təklif edəcək.

Qeyd edək ki, Kenan Yıldız bu mövsüm "Yuventus"un heyətində meydana çıxdığı 12 rəsmi matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İtaliya klubu ilə müqaviləsi 2029-cu ilin yayına kimidir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO