"Santos"un futbolçusu Neymar kaaryerasını ABŞ-də davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, "İnter Mayami" braziliyalı vingeri heyətinə qatmaq istəyir. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
MLS təmsilçisi klubu ilə müqaviləsi bu ilin sonunda başa çatan Neymarla danışıqlara başlamağı planlaşdırır. 33 yaşlı oyunçu özü də "Barselona"dakı sabiq komanda yoldaşları Lionel Messi və Luis Suareslə yenidən birrlikdə oynamaq fikrinə isti yanaşır.
Qeyd edək ki, Neymar bu ilin yanvar ayında "Əl-Hilal"dan "Santos"a keçib. Braziliya millisinin üzvü cari mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
21:40 / 11.10.2025
Neymar Messinin yanına gedir?
Hazırda oxunan: Neymar Messinin yanına gedir?
Hazırda oxunan: Neymar Messinin yanına gedir?
574782
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.